Kanadanın Marxam şəhərində yerləşən məscidə daxil olaraq müqəddəs "Qurani Kərim" kitabını cıran, müsəlmanları təhqir edən və onların üzərinə avtomobil sürən şəxs tutulub.
Modern.az xəbər verir ki, bu barədə Kanada polisi məlumat yayıb.
28 yaşlı Şaran Karunakaranın Torontoda həbs edildiyi bildirilib. O, hədələmə və təhlükəli avtomobil sürməkdə ittiham olunur. Şübhəli şəxs bu həftə məhkəmə qarşısına çıxarılacaq.
Kanada rəsmiləri və ölkənin müsəlman icması məscidə hücumu pisləyib.