ATƏT-in sədri Bujar Osmani Gürcüstana rəsmi səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Aprelin 10-11-də baş tutacaq səfər zamanı Şimali Makedoniyanın xarici işlər naziri təşkilatın sədri qismində Tbilisidə görüşlər keçirəcək.
Səfər çərçivəsində Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili, baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Şalva Papuaşvili, barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani ilə görüş keçirilməsi planlaşdırılır. Onu Gürcüstan prezidenti Salome Zurabişvili də qəbul edəcək.
Bundan əlavə, Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri işğal xəttinə baş çəkəcək və mövcud vəziyyətlə tanış olacaq.