Modern.az

Çin Tayvanı mühasirəyə aldı - 70 təyyarə, 11 gəmi...

Çin Tayvanı mühasirəyə aldı - 70 təyyarə, 11 gəmi...

10 Aprel 2023, 08:18

Tayvan Müdafiə Nazirliyi son sutka ərzində adanın ətrafında Çinə məxsus 70 hərbi təyyarə və 11 döyüş gəmisinin göründüyünü bəyan edib.


Modern.az xəbər verir ki, Nazirliyin açıqlamasına görə, 70 təyyarədən 35-i tərəflərin təsir zonalarını məhdudlaşdırmalı olan hava və dəniz xəttini keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası” (ADİZ) elan etdiyi ərazinin üzərində uçub.

 

Bundan əlavə, Müdafiə Nazirliyi təlim başlayandan indiyədək Tayvan boğazında orta xətt və ADİZ-ə 45 döyüş atışının edildiyini bildirib.


Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu aprelin 8-də Tayvan adasının şimalında, cənubunda və şərqində dənizdə və havada döyüş hazırlığı təlimləri, patrul fəaliyyətini birləşdirən əməliyyatlara başlayıb.


Onu da bildirək ki, Çinin ada ətrafındakı təlimləri Tayvan lideri Tsay İnvenin Mərkəzi Amerikaya səfəri zamanı Los Anecelesdə ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündən sonraya təsadüf edib. Rəsmi Pekin görüşə etirazını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI