"Ermənistan-Rusiya münasibətlərindəki bəzi problemlər düzgün kommunikasiyanın olmaması ilə bağlıdır".
Modern.az xəbər verir ki, bunu "Sputnik Armenia"ya müsahibəsi zamanı Ermənistan xarici işlər nazirinin sabiq müavini Qaqik Qalaçyan deyib.
"Bunlara Avropa İttifaqı missiyasının yerləşdirilməsi və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası daxildir. Lakin bunlar iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin tarixi fonunda kiçik epizodlardır", - sabiq nazir müavini əlavə edib.
Qeyd edək ki, Q.Qalaçyan 2020-2021-ci illərdə Ermənistan XİN başçısının müavini postunu tutub.
Xatırladaq ki, Ermənistan Konstitusiya Məhkəməsi ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib.