Modern.az

Xarkova hücum edən Rusiya PUA-ları məhv edildi

Xarkova hücum edən Rusiya PUA-ları məhv edildi

Dünya

10 Aprel 2023, 10:36

Ukrayna qüvvələri Xarkov vilayətinə hücum edən 2 Rusiya dronunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

Bildirilib ki, PUA-lardan biri İran istehsalı olan "Shahed-136", digəri isə "Granat-4" dronu olub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI