ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistana da gedəcək.
Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində ATƏT və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və dialoq vasitəsilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, o, aprelin 10-13-də regiona səfəri çərçivəsində Gürcüstan və Azərbaycanda da olacaq.