Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Baxmutdakı vəziyyət haqqında danışıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, o, Rusiya qüvvələrinin "Suriya taktikasına" - yandırılmış torpaq metoduna keçdiyini bildirib.
O, Baxmut istiqamətində cəbhənin ən qaynar sektorlarında olub. Sırski müdafiə işinin gedişi, təxirəsalınmaz həllini tələb edən problemli məsələlər barədə hərbi hissə və birləşmə komandirlərini dinləyib.
"Baxmutun müdafiəsi davam edir. Vəziyyət çətin, lakin idarəolunandır", - Sırski vurğulayıb.