Modern.az

Türkiyədə deputatlığa namizəd olan nazirlər - SİYAHI (FOTOLAR)

Türkiyədə deputatlığa namizəd olan nazirlər - SİYAHI (FOTOLAR)

Dünya

10 Aprel 2023, 13:26

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hökumətdə nazir postunu tutan bəzi məmurları 14 mayda keçiriləcək parlament seçkilərində deputatlığa namizəd kimi irəli sürüb.

 

Məlumata görə, 17 nazirdən 15-i deputatlığa namizəd olub. Belə ki, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Fahrettin Kocadan başqa bütün nazirlər parlament seçkilərində iştirak edəcək.

 

Modern.az deputatlığa namizəd olan nazirlərin siyahısını təqdim edir:

 

1. Daxili işlər naziri Süleyman Soylu - İstanbul II seçki dairəsi

 

 

2. Ədliyyə naziri Bekir Bozdağ - Şanlıurfa seçki dairəsi

 

 

3. Sənaye və texnologiya naziri Mustafa Varank - Bursa II seçki dairəsi

 

 

4. Ailə və sosial xidmətlər naziri Derya Yanık - Osmaniye seçki dairəsi

 

 

5. Əmək və sosial təhlükəsizlik naziri Vedat Bilgin - Ankara II seçki dairəsi

 

 

6. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum - İstanbul I seçki dairəsi

 

 

7. Xarici işlər naziri Mevlüt Çavuşoğlu - Antalya seçki dairəsi

 

 

8. Energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez - Eskişehir seçki dairəsi

 

 

9. Gənclik və idman naziri Mehmet Kasapoğlu - İzmir I seçki dairəsi

 

 

10. Xəzinə və maliyyə naziri Nurettin Nebati - Mersin seçki dairəsi

 

 

11. Milli təhsil naziri Mahmut Özer: Ordu seçki dairəsi

 

 

12. Kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi - Kahramanmaraş seçki dairəsi

 

 

13. Ticarət naziri Mehmet Muş - Samsun seçki dairəsi

 

 

14. Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu - Trabzon seçki dairəsi

 

 

15. Milli müdafiə naziri Hulusi Akar - Kayseri seçki dairəsi

 

 

Siyahıda nazirlərlə yanaşı, vitse-prezident Fuat Oktayın da adı var. O, Ankara III seçki dairəsindən namizəd göstərilib.

 

 

AKP-nin deputatlığa namizədlərinin tam siyahısı ilə buradan tanış olmaq mümkündür.

 

Qeyd edək ki, AKP hazırda parlamentdə partiyanı təmsil edən deputatların təxminən 70 faizini qarşıdakı seçkilərdə namizəd kimi irəli sürməyib. AKP-nin proporsional siyahısında həmçinin HÜDAPAR-ın deputatlığa namizədləri də yer alıb. "Cümhur İttifaqı"na daxil olan Böyük Birlik Partiyası (BBP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Yenidən Rifah Partiyası (YRP) müstəqil proporsional siyahılarla seçkilərə qatılıb. Ali Seçki Komissiyası təqdim olunmuş namizəd siyahılarını araşdırdıqdan sonra qeydə alınmış namizədlərin rəsmi siyahısını 19 apreldə elan edəcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI