Modern.az

Brüssel Bakıya məlumat ötürür

Brüssel Bakıya məlumat ötürür

Dünya

10 Aprel 2023, 14:18

Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının apardığı patrul xidməti ilə bağlı məlumatları Bakıya da çatdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqında diplomatik xidmətin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

 

“Biz patrul xidmətləri və digərləri haqqında lazımi məlumatları Azərbaycanla bölüşürük, çünki heç bir problem istəmirik”, - deyə adı açıqlanmayan Aİ rəsmisi bildirib. 

 

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər nazirləri yanvarda Ermənistana yeni mülki müşahidəçilər missiyası göndərmək qərarına gəliblər. Qərara əsasən Ermənistana 100 nəfərlik missiya göndərilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI