Türkiyənin sabiq baş naziri Ahmet Davutoğlunun sədrlik etdiyi, "Millət İttifaqı"nın üzvü olan Gələcək Partiyasının Malatya vilayət təşkilatının rəhbəri Ahmet Ercan Uçkan partiyadan istefa verib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Gələcək Partiyasına deputatlığa namizədlərin yer aldığı proporsional siyahıda az yer ayrılmasından narazılıq edib.
"Gələcək Partiyasını layiq olduğu potensialın xeyli uzağında saxlayan zehniyyət siyahılarda da özünü göstərərək partiyamızı ittifaqdakı digər partiyalara əzdirmişdir", - Uçkan qeyd edib.
Xatırladaq ki, Gələcək Partiyası parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahısından gedir. Partiya siyahılarda 19 namizədlə təmsil olunub. Bundan başqa, Ali Babacanın sədrlik etdiyi DEVA Partiyası 25, Temel Karamollaoğlunun başçılıq etdiyi Səadət Partiyası 24, Gültekin Uysalın lideri olduğu Demokrat Partiya isə CHP siyahılarında 3 yerlə seçkilərə gedib. Bundan başqa, müstəqil siyahı üzrə namizədlərini irəli sürən İYİ Partiya da CHP siyahılarından daha 5 yer əldə edib.
Ahmet Ercan Uçkanın istefa ilə bağlı yaydığı bəyanat:
Gələcək Partiyasının deputatlığa namizədlərinin siyahısı: