Modern.az

Ərdoğanı dəstəkləyirsənsə, çıx denən! – İnceyə sərt tənqid

Ərdoğanı dəstəkləyirsənsə, çıx denən! – İnceyə sərt tənqid

Dünya

10 Aprel 2023, 14:42

Türkiyədə müxalifətin "Milət İttifaqı"na daxil olan Səadət Partiyasının sədri Temel Karamollaoğlu CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və prezidentliyə namizədi Muharrem İnceni sərt tənqid edib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karamollaoğlu İncenin namizəd olması ilə bağlı qərarını anlamadığını bildirib.

 

"Muharrem İncenin belə bir addımı nə üçün atdığını anlamıram. Başa düşmürəm, çünki bu, məntiqli deyil. Ərdoğanı dəstəkləyirsənsə, çıx denən. Bu, AKP-nin işinə yarayan bir addımdır. Ağlım kəsmir", - deyə partiya sədri bildirib.

 

Qeyd edək ki, Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI