Modern.az

Baxmut Rusiya qüvvələrinin əlinə keçsə, nə olar? - Arestoviç açıqladı

Baxmut Rusiya qüvvələrinin əlinə keçsə, nə olar? - Arestoviç açıqladı

10 Aprel 2023, 15:26

"Baxmutun tutulacağı təqdirdə Rusiya qüvvələri Seversk bölgəsindəki "çıxıntını" kəsmək üçün qərbə deyil, şimala gedəcəklər".

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

 

"Baxmut alınsa, onlar Çasov Yar və ya Konstantinovkaya getməyəcəklər, Seversklə əlaqəni kəsəcəklər. İndi onların ən güclü qruplaşmaları Baxmut yaxınlığında deyil, Liman istiqamətindədir. Baxmutun ələ keçirilməsi 2 qrupu ayıran və Rusiyanın hücum səylərini xeyli zəiflədən əməliyyat şəraitini dəyişər", o əlavə edib.

 

Qeyd edək ki, Baxmut uğrunda döyüşlər davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI