Hindistanın Ermənistandakı yeni fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinqa Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana etimadnaməsini təqdim edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasını müzakirə ediblər.
Mirzoyan Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı İrəvanın mövqeyini səfirə təqdim edib, Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.