Modern.az

Pakistanda partlayış - 4 ölü, 8 yaralı

Pakistanda partlayış - 4 ölü, 8 yaralı

Dünya

10 Aprel 2023, 16:36

Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində bazarda polis avtomobili partladılıb.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

İlkin məlumatlara görə, maşının arxasında dayanmış motosikletə əldəqayırma partlayıcı qurğu qoyulub.

 

Hazırda araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI