Modern.az

Dayanmayacağıq - Ərdoğandan önəmli açıqlama

Dayanmayacağıq - Ərdoğandan önəmli açıqlama

Dünya

10 Aprel 2023, 16:56

"TCG Anadolu sayəsində biz dünyada ilklərdən biri olan və oyun dəyişdirən texnologiyalara öncülük edən bir ölkə olacağıq".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Biz hakimiyyətə gələndə gördük ki, meydanda və masa arxasında güclü diplomatiya üçün müdafiə sənayesində güclü olmaq lazımdır. Xarici asılılığımızı azaltmaqda çox yaxşı səviyyəyə gəlmişik. Yerli göstəricimizi 80 faizə çatdırmağımız tarixi uğurdur. Müdafiə sənayesi büdcəmizi 75 milyard dollara çatdırırıq. Ölkəmizi dünyada layiq olduğu yerə aparana qədər dayanmayacağıq", - deyə Ərdoğan vurğulayıb.

 

"TCG Anadolu gəmisi ilə millət olaraq fəxr edək", - prezident əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI