Modern.az

Ukraynanın əks-hücumu hər gün gedir - Danilov

Ukraynanın əks-hücumu hər gün gedir - Danilov

Dünya

10 Aprel 2023, 17:16

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Ukraynanın əks-hücum əməliyyatı haqqında danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

“Ukraynanın əks-hücumu hər gün gedir. Biz sehrli tarixlər gözləmirik, biz sakit, sistemli və ardıcıl olaraq işğalçıları məhv edirik. İnformasiya axını Ukrayna müdafiə qüvvələrinin planlarının xeyrinə deyil”, - o vurğulayıb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI