Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak əsirlərin mübadiləsi prosesini təsdiqləyib.
Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, 100 ukraynalı əsir vətəninə geri dönüb.
“Biz 100 nəfər insanımızı evə qaytarırıq. Bunlar hərbçilər, dənizçilər, sərhədçilər, milli qvardiyaçılardır.
Onların arasında Mariupol, Azovstal, Qostomel müdafiəçiləri var. Bəzi insanlar ağır yaralanıb, xəstəlikləri var”, - Yermak bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Müdafiə Nazirliyi 106 rusiyalı hərbçinin Ukraynadan Rusiyaya qayıtdığını açıqlamışdı.