Modern.az

Ukraynanın nəyə görə F-16-lara ehtiyacı var? - General açıqladı

Ukraynanın nəyə görə F-16-lara ehtiyacı var? - General açıqladı

10 Aprel 2023, 17:56

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Mikola Oleşçuk Qərb F-16 qırıcılarının alınmasının vacibliyindən danışıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, onun sözlərinə görə, ukraynalı pilotlar indi köhnə texnologiyaların "girovudur".

 

"Mövcud qırıcılar və raketlər pilotların bütün missiyalarını ölümcül hala gətirir. Ukraynada pilotların bəzilərinin təhsil alması, digərlərinin isə döyüş tapşırıqlarını yerinə yetirməsi üçün kifayət qədər peşəkarlar var. ABŞ F-16-ları Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək. F-16-nın lehinə başqa bir arqument sursatdır. Mövcud hava donanması üçün hətta köhnəlmiş və səmərəsiz sovet sursatlarının ehtiyatları daim azalır. Kifayət edəcək sayda təyyarə və pilot olsa belə, nə vaxtsa Ukrayna aviasiyası silahsız qala bilər", - o qeyd edib.

 

"Ona görə də Ukraynanın öz hava məkanını tam qorumağa gücü çatmır", - hərbçi deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI