Modern.az

Çinin Tayvan ətrafında təlimləri başa çatdı 

Çinin Tayvan ətrafında təlimləri başa çatdı 

Dünya

10 Aprel 2023, 18:57

Aprelin 10-da Çin Tayvan ətrafında üç günlük hərbi təlimlərini başa çatdırıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Çin Xalq Respublikasının əsgərləri adanın blokadası ilə bağlı təlimlər keçirib. Ordu hərbi təlimləri uğurla başa vurduğunu və bölmələrin döyüş şəraitində fəaliyyət qabiliyyətini sınaqdan keçirdiyini açıqlayıb.

 

Hərbçilərin sözlərinə görə, onlar separatizmin və xarici müdaxilənin istənilən formasının qarşısını qətiyyətlə almağa hazırdırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı - Xəbəriniz Var? - Media Turk TV