Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova Hindistana işgüzar səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Aprelin 10-11-də baş tutan səfər zamanı Əminə Cabbarova Hindistanın xarici işlər naziri Minakşi Lexi və baş nazirin milli təhlükəsizlik üzrə müşavirinin müavini Vikram Misri ilə görüşəcək.
O, Hindistan xarici işlər nazirinin müavini Sanjay Verma ilə görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, ticarət-iqtisadi, elmi-texniki, sənaye və mədəni əməkdaşlıq üzrə hökumətlərarası Ukrayna-Hindistan komissiyasının işinin bərpasını müzakirə edib.
Cabbarovanın sözlərinə görə, görüşlər zamanı o Hindistan hökumətini Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəkləməyə çağırır.