Modern.az

Estoniya hökuməti istefaya göndərildi 

Estoniya hökuməti istefaya göndərildi 

Dünya

10 Aprel 2023, 21:27

Estoniya hökuməti tam tərkibdə istefaya göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaja Kallas bildirib.

 

Estoniya qanunlarına görə, hökumət yeni parlament çağırıldıqda istefa verir, lakin yeni hökumət işə başlayana qədər öz funksiyalarını yerinə yetirməyə davam edir.

 

Yeni hökumət İslahat Partiyası, Eesti 200 və Sosial Demokrat Partiyasının imzaladığı koalisiya sazişi əsasında formalaşacaq və İslahat Partiyasının hazırkı lideri Kaja Kallas üçüncü dəfə hökumətə rəhbərlik edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama