ABŞ-ın Kentukki ştatında silahlı şəxs banka hücum edib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bankda olan insanlara atəş açıb.
Hadisə zamanı 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Banka hücum edən şəxsin güllələnərək zərərsizləşdirildiyi bildirilib.
Məlumata görə, cinayətkar həmin bankın işçisi olub.
Bundan əlavə, qeyd edilib ki, “AR-15” tipli yarıavtomat silahla atəş açan şəxsin yaraladığı insanlardan ikisi polis əməkdaşıdır.