Modern.az

Döyüşmək istəməyənlərin xaricə çıxışı qadağan olunmamalıdır - Arestoviç

Döyüşmək istəməyənlərin xaricə çıxışı qadağan olunmamalıdır - Arestoviç

11 Aprel 2023, 12:32

Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç döyüşmək istəməyən və zorla orduya səfərbər olunan kişi cinsli vətəndaşların xaricə səyahətinə qadağa qoyulmasını tənqid edib.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, jurnalist Vasili Qolovanova müsahibəsində bu barədə danışıb.

 

Eks-müşavir bunun dövlət problemi olduğunu söyləyib.

 

"Onlar bölmələrin motivasiyasını azaldırlar. Döyüşmək istəməyən cəmi 2 nəfər öndə gedən bölməni 1 gündə məhv edə bilər. Belə hallar çox olub, dövlət probleminə çevrilib. Ona görə də istəməyənləri cəlb etmək düzgün deyil", - Arestoviç bəyan edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI