Modern.az

Əminə Cabbardan ukraynalı hərbçilərin başının kəsilməsi videosuna REAKSİYA

Əminə Cabbardan ukraynalı hərbçilərin başının kəsilməsi videosuna REAKSİYA

Dünya

12 Aprel 2023, 12:26

Ukrayna XİN başçısının müavini Əminə Cabbar CNN-in yaydığı, ukraynalı hərbçilərin başının kəsilmə anının əks olunduğu videoları şərh edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

 

"Rusiya işğalçılarının zülmü ən qorxunc qorxu filmlərini geridə qoyur. Ukrayna müdafiəçilərinin başını kəsən Rusiya cinayətlərinin olduğu video barbar təbiətlərinin bir başqa sübutudur. Terrorçu dövlət dərhal BMT-dən kənarlaşdırılmalı və törədilmiş iyrənc cinayətlərin bədəlini ödəməlidir", - deyə Əminə Cabbar qeyd edib.

 

 

Bu xəbər ilə bağlı
Ukraynalıların başının kəsildiyi deyilən videolar yayılıb
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU