Ukraynalı hərbi əsirlərə amansız işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, Ukraynanın dövlət rəsmiləri CNN-in yaydığı, ukraynalı hərbçilərin başının kəsildiyi iddia edilən videolara münasibət bildirib.
"Dünyada heç kimin gözardı edə bilməyəcəyi bir şey var: Necə də asanlıqla öldürürlər", - Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukrayna XİN başçısı Dmitri Kuleba isə bildirib ki, bu videolardan sonra Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi absurddur.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri videolar barədə söyləyib: “Biz bu qeyri-insanları tapacağıq”.