Rusiya 333 Kanada vətəndaşına sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Siyahıda Kanadanın qubernatoru general Meri Saymon, regional parlamentlərin 250-dən çox üzvü və 2024-cü il olimpiadasında rusiyalı idmançıların yarışmasına qadağa qoyulmasını dəstəkləyən kanadalı idmançılar yer alıb.
Sanksiya tətbiq edilən şəxslərin Rusiyaya daxil olması qadağan edilib.