Ukrayna Silahlı Qüvvələri gün ərzində Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikası yerləşən ərazilərə altı hava zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Rusiyaya məxsus silah və hərbi texnikanın cəmləşdiyi dörd ərazini, sursat anbarını və bir RLS-i vurub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.