Türkiyədə narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu kontekstdə "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
O bildirilib ki, budəfəki əməliyyat Qaziantep vilayətində gerçəkləşdirilib: "Əməliyyat çərçivəsində 179 şübhəli şəxsdən 149-u saxlanılıb".
Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qətiyyətlə vurğulanıb.