Türkiyədə Cümhuriyyət Xalq Partiyasından (CHP) qopmuş Məmləkət Partiyasının qurucu üzvlərindən biri, sabiq deputat Qaye Usluer CHP-yə geri qayıdıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muharrem İncenin partiyasından 2022-ci ildə istefa verən Usluer atdığı addımı belə xarakterizə edib:
"CHP-yə, Yuvama dönürəm".
Qeyd edək ki, Q.Usluer dünən CHP sədri Kemal Kılıçdaroğlu ilə görüşmüşdü. O, 2015-ci il seçkilərində CHP-dən Eskişehirin deputatı seçilmişdi. O, 2021-ci ildə CHP-dən istefa vermiş və Məmləkət Partiyasının qurucularından biri olmuşdu. Bir müddət partiyanın sözçüsü olan Usluer ötən ilin iyununda İncenin partiyasından istefa vermişdi.