Böyük Britaniya kəşfiyyatı Qələbə Gününün Rusiyada necə qeyd olunacağını dərc edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Federasiyasının bir sıra regionlarının mayın 9-da paradlardan imtina etdiyinə diqqət çəkib.
"Bu yanaşma fərqliliyi Kreml üçün ciddi kommunikasiya problemini vurğulayır", - deyə bildirilib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.