Modern.az

Patruşevdən Qafqazla bağlı qəribə İDDİA: Hamısını anqlosakslar edir

Patruşevdən Qafqazla bağlı qəribə İDDİA: Hamısını anqlosakslar edir

13 Aprel 2023, 15:47

"Qərbin kəşfiyyat orqanları Şimali Qafqazda terrorçuların, millətçilərin və radikalların yatmış hücrələrini aktivləşdirir, yaraqlılar təbliğat-təşviqat işini gücləndirirlər. Şimali Qafqaz Federal Dairəsinin təhsil təşkilatları gənc nəsillə vətənpərvərlik tərbiyəsi işini gücləndirməlidir. Xarici qeyri-hökumət təşkilatları xarici əmək miqrantlarından Şimali Qafqazda millətçilik və separatizm, dini və sosial nifaq salmaq üçün istifadə edir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

 

"Ötən il Şimali Qafqazda ekstremist xarakterli cinayətlərin sayı artıb. Şimali Qafqazda mülki müdafiə strukturlarının vəziyyəti yaxın vaxtlarda normativ tələblərə uyğunlaşdırılmalıdır. Bu regionda iğtişaşlar və terror aktları çağırışlarının yayılmasının arxasında anqlosakslar və onların əlaltıları dayanır. Vaşinqton keçmiş sovet respublikalarına təzyiq edir, onların vətəndaşlarını Ukraynada hərbi əməliyyatlara cəlb etməyə çalışır. Şimali Qafqaz Federal Dairəsinin regionlarında dünyəvi qanunlar əvəzinə şəriət normalarının tətbiqi imkanlarının ictimai şüura daxil edilməsi cəhdləri dayanmır", - deyə o iddia edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI