Özbəkistanın xarici işlər naziri Bəxtiyar Səidov rusiyalı həmkarı Sergey Lavrovla görüş barədə paylaşım edib.
Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində yazıb.
"Belə bir təcrübəli diplomatla tanış olmağımdan çox şad oldum. Gündəmimiz bütün sahələri əhatə etdi. Ticarət əlaqələrimiz rekord dinamika göstərir", - deyə o qeyd edib.
Xatırladaq ki, Lavrov Özbəkistanda səfərdədir. Bu ölkənin Səmərqənd şəhərində Əfqanıstanın qonşu ölkələrinin XİN başçılarının görüşü, həmçinin Rusiya, Çin, İran və Pakistan xarici işlər nazirlərinin toplantısı keçirilib.