Modern.az

“Vaqner”ə qarşı sanksiya: Priqojin də “qara siyahı”ya düşdü

“Vaqner”ə qarşı sanksiya: Priqojin də “qara siyahı”ya düşdü

Dünya

13 Aprel 2023, 18:33

Avropa İttifaqı (Aİ) Rusiyanın "Vaqner" özəl hərbi şirkətinə qarşı sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yayılıb.

 

Bildirilib ki, “Vaqner” 2023-cü ilin yanvarında Ukraynanın Soledar və Baxmut şəhərlərinə hücumlara rəhbərlik edib və Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibədə fəal iştirak edir.

 

Bundan əlavə, "Vaqner"in sahibi Yevgeni Priqojinə məxsus RİA FAN şirkəti də sanksiya siyahısına daxil edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza