Modern.az

Fransada 380 min insan etiraza qalxdı

Fransada 380 min insan etiraza qalxdı

14 Aprel 2023, 00:11

Fransada pensiya islahatlarına qarşı 12-ci ümummilli etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Aksiyada 380 min insan iştirak edib. Etirazçılarla polis arasında toqquşmaların olduğu bildirilib.

 

Tətillər neft emalı zavodlarına, ictimai nəqliyyata, təhsilə və poçt xidmətinə təsir edib. Aksiyaçılar hava nəqliyyatını da dayandırıb. Uçuşların təxminən 20%-nin ləğv edildiyi və ya gecikdiyi qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI