Modern.az

Kılıçdaroğlu prezident seçilsə, bu şəxslər nazir olacaq - İDDİA

Kılıçdaroğlu prezident seçilsə, bu şəxslər nazir olacaq - İDDİA

14 Aprel 2023, 09:36

Türkiyəli məşhur jurnalist Fatih Portakal "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə kimlərin nazir postunu tutacağını şəxsi mənbələrinə istinadla açıqlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Kılıçdaroğlunun quracağı hökumətin tam tərkibini yox, kabinənin bəzi üzvlərinin adlarını elan edib.

 

Belə ki, iddiaya görə, daxili işlər naziri Engin Özkoç, ailə məsələləri üzrə nazir Selin Sayek Böke, əmək naziri isə Bülent Kuşoğlu olacaq.

 

Bundan başqa, jurnlistin fikrincə, ətraf mühit və şəhərsalma naziri vəzifəsi ləğv olunaraq əvəzinə iki nazir postu yaradılacaq ki, hər iki nazirin işinə ümumi rəhbərliyi İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu həyata keçirəcək.

 

Qeyd edək ki, Türkiyədə 14 mayda həm parlament, həm də prezident seçkiləri keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI