Modern.az

Tonoyan 44 günlük müharibə ilə bağlı dindirilə bilər

Tonoyan 44 günlük müharibə ilə bağlı dindirilə bilər

14 Aprel 2023, 09:56

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan parlamentə - 44 günlük müharibənin ilə bağlı detalları öyrənmək üçün istintaq komissiyasına gətirilə bilər.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu, Qarabağdakı separatçıların keçmiş "ordu komandanı" Calal Arutyunyanın dindirilməsindən sonra baş verə bilər.

 

Bildirilib ki, indi komissiya iki mümkün variantı nəzərdən keçirir: Tonoyanın parlamentə getməsinə icazə almaq və ya cəzaçəkmə müəssisəsində ona baş çəkmək. Hazırda istintaq komissiyasının fəaliyyəti başa çatmaq üzrədir və buna görə də onun işini sürətləndirmək, yekunlaşdırmaq və nəticəni təqdim etmək lazımdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI