Modern.az

Bu cür rəftar yolverilməzdir - Britaniya səfiri əsgərin döyülməsini PİSLƏDİ

Bu cür rəftar yolverilməzdir - Britaniya səfiri əsgərin döyülməsini PİSLƏDİ

14 Aprel 2023, 10:58

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Ermənistan əsirliyindəki azərbaycanlı hərbi qulluqçuya işgəncə verilməsi görüntülərinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

 

"Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir. Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir", - diplomat vurğulayıb.

 

 

Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI