Ermənistanda 44 günlük müharibədə ölən əsgərlərin yaxınları etiraz aksiyası keçirir. Onlar İstintaq Komitəsinin qarşısında gecələyiblər.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, etirazçılar hələ də Mamikonyants küçəsini bağlayaraq binanın qarşısında qalırlar.
Əsgərlərin yaxınları suallarına cavab alana qədər keçidi bağlamağa hazırlaşırlar. Hələlik aksiyaçıların tələbləri yerinə yetirilməyib.