Modern.az

Deputatdan Paşinyana etiraz: Azərbaycan əsgəri 3 gün Ermənistanda necə gəzib?

Deputatdan Paşinyana etiraz: Azərbaycan əsgəri 3 gün Ermənistanda necə gəzib?

Dünya

14 Aprel 2023, 14:20

"Azərbaycan əsgərinin 3 gün ərzində Ermənistanda necə diqqətdən kənarda qalması bəlli deyil".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu müxalifətçi deputat Qeqam Manukyan jurnalistlərə açıqlamasında bildirib. 

 

"Bu hadisə özlüyündə görünməmiş və biabırçı bir hadisədir. İnanmaq çətindir ki, Azərbaycan əsgəri 3 gün ərzində Ermənistan ərazisində gözə dəymədən Sisiandan keçib Qafana gedə bilər. Paşinyan ibtidai istintaq, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının vəkilliyini edərək bunu izah etməyə çalışdı. O, təxminən eyni canfəşanlıqla Azərbaycan hərbçilərinin 2020-ci ilin iyulunda Tavuşda necə azdığını da izah etmişdi", - o söyləyib.

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb.

 

Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi