Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunakla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesablarında məlumat yayıb.
Telefon danışığı zamanı cəbhədəki vəziyyət, Ukraynaya hərbi dəstək müzakirə edilib.
Zelenski ukraynalı hərbçilərin başlarının kəsilməsini pislədiyinə görə Sunaka təşəkkür edib.