Fransada milyonlarla insanın etirazına səbəb olan pensiya islahatı haqqında qanun təsdiq edilib.
Modern.az xəbər verir ki, qanun ölkənin konstitusiya şurası tərəfindən təsdiqlənib.
Beləliklə, əhalinin narazılığına baxmayaraq, Fransada pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. Bununla da orta ömür müddəti 82 yaş olan Fransa pensiyaçıları 20 il yox, 18 il pensiya ala biləcək.
Hökumətin pensiya islahatı ölkədə kütləvi etirazlara və iğitşaşlara səbəb olub.