Modern.az

Uşaqlar da evtanaziyaya müraciət edə biləcəklər

Uşaqlar da evtanaziyaya müraciət edə biləcəklər

Dünya

14 Aprel 2023, 23:15

Niderland hökuməti 1-12 yaş arasında olan uşaqlara evtanaziya üçün müraciət etmək hüququ verib.

 

Modern.az xəbər verir ki, bu barədə Niderland hökumətinin saytında məlumat yayılıb.

 

Yeni müddəalara uyğun olaraq, həkimlər sağalmaz xəstəliyə tutulan və buna görə dözülməz iztirablar çəkən uşaqların həyatına son qoya biləcəklər. Niderland Səhiyyə Nazirliyi ölkədə hər il 5-10 nəfərin bu kateqoriyaya aid olduğunu təxmin edir.

 

Niderland dünyada evtanaziyanı qanuniləşdirən ilk ölkə olub. 2022-ci ildə ölkədə 8720 ölüm ayağında xəstə evtanaziyaya müraciət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi