Modern.az

Baş nazir çıxış edərkən partlayış oldu

Baş nazir çıxış edərkən partlayış oldu

Dünya

15 Aprel 2023, 08:50

Yaponiyanın baş naziri Fumio Kişida ictimaiyyət qarşısında çıxış edən zaman yaxınlıqda partlayış baş verib.

 

Modern.az NHK-yə istinadən xəbər verir ki, hadisə zamanı hökumət başçısı xəsarət almayıb, o, dərhal ərazidən uzaqlaşdırılıb.

 

Partlayış Yaponiyanın cənubundakı Vakayama şəhərində, Kişida çıxışına başlamağa hazırlaşarkən baş verib. İnsident nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Hələlik dəqiq nəyin partladığı məlum deyil. "Kyodo" yazır ki, tüstü bombasına bənzəyən obyekt parlayıb. "Jiji" agentliyi isə bildirir ki, boruya əşya atılıb, ardınca partlayış olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi