Modern.az

50 yaşlı qadın 500 gün mağarada yaşadı - Dünya rekordu 

50 yaşlı qadın 500 gün mağarada yaşadı - Dünya rekordu 

Dünya

15 Aprel 2023, 13:12

İspaniyalı alpinist Beatriz Flamin 500 gün mağarada yaşayaraq dünya rekordu qırıb.

 

Modern.az xəbər verir ki, bu barədə İspaniyanın "Efe" agentliyi yazıb.

 

Bildirilib ki, Madriddən olan 50 yaşlı qadın 500 gün 70 metr dərinlikdəki mağarada qalıb.

 

21 noyabr 2021-ci ildə mağarada yaşamağa başlayan qadan təxminən 2 ildən sonra - bu gün evinə qayıdıb.

 

Qeyd edək ki, İtalyalı Mauritsio Montalbini 1987-ci ildə mağarada 210 gün qalaraq ilk dəfə dünya rekordu qırıb. İnternetdə Serbiya vətəndaşının 2016-cı ildə 460 gündən çox yerin altında qalması barədə məlumatlar var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi