Modern.az

Məxfi sənədləri yayan şəxsi 15 il həbs gözləyir

Məxfi sənədləri yayan şəxsi 15 il həbs gözləyir

Dünya

15 Aprel 2023, 20:53

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məxfi sənədlərini üzə çıxarmaqda ittiham olunan Cek Duqlas Teyşeyra Bostonda məhkəmə qarşısına çıxarılıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, 21 yaşlı Teyşeyra həbsxana geyimində, əlləri qandallı halda federal hakim qarşısına çıxıb.

 

Teyşeyranı kəşfiyyat və müdafiə məlumatlarını sızdırmaq ittihamı ilə 15 ilə qədər həbs cəzası gözləyir. O, həmçinin icazəsiz məxfi sənədləri əldə etməkdə və saxlamaqda ittiham olunur.

 

Sızdırılan sənədlərdə ABŞ-ın Ukrayna, Cənubi Koreya və Türkiyə kimi müttəfiqləri ilə bağlı məlumatlar yer alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi