Modern.az

Cənubi Koreya Şimali Koreyanın gəmisinə atəş açdı - XƏBƏRDARLIQ

Cənubi Koreya Şimali Koreyanın gəmisinə atəş açdı - XƏBƏRDARLIQ

Dünya

16 Aprel 2023, 13:10

Cənubi Koreya tərəfindən faktiki ərazi suları sərhədi kimi qəbul edilmiş şimal xəttini pozan Şimali Koreyaya məxsus patrul gəmisinə xəbərdarlıq atəşi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.

 

Şimali Koreyanın patrul gəmisi xəbərdarlıq atəşindən sonra geri çəkilib. Açıqlamada Cənubi Koreyanın Şimali Koreyanın təxribat ehtimalına hazır olduğu və hərbi hərəkətlərin yaxından izləndiyi vurğulanıb.

 

Qeyd edək ki, bu ərazilərdə vaxtaşırı iki ölkə arasında gərginlik yaşanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi