"Rusiya Pentaqonun məlumatlarının sızmasından istifadə edə və şəbəkəyə saxta sənədlər buraxa bilər".
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə və Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
O əlavə edib ki, Ukraynanın tərəfdaşları ilə münasibətlər nə olursa olsun möhkəm qalmalıdır.
"Bütün mövcud şərait nəzərə alınmaqla cəbhədəki strateji hərəkətlərə dair yekun qərarı Ali Baş Komandanın başçılıq etdiyi məhdud dairədə təmsil olunan Ukrayna tərəfi qəbul edir", - katib bildirib.