Modern.az

İtaliya Ukraynaya 20 artilleriya qurğusu verib

İtaliya Ukraynaya 20 artilleriya qurğusu verib

Dünya

16 Aprel 2023, 14:59

İtaliya 20-yə yaxın M109L özüyeriyən artilleriya qurğusunu Ukraynaya tədarük edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri yazıb.

 

 Bildirilib ki, onlarla qatar şənbə günü Udine şəhərinin dəmir yolu stansiyasından yola düşüb.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi