Qazaxıstan ərazisində zəlzələ baş verib.
Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, zəlzələnin episentri Almatıdan 377 kilometr aralıda yerləşib.
Yeraltı təkanlar yerli vaxtla saat 16:12-də seysmik stansiyalar şəbəkəsi tərəfindən qeydə alınıb. Zəlzələ Rixter şkalası ilə 4 balla qiymətləndirilib.
İtki və dağıntılar haqqında məlumat yoxdur.