Rusiya XİN başçısı Sergey Lavrov Braziliyaya gedib.
Modern.az TASS-a istinadən xəbər verir ki, o, braziliyalı həmkarı Mauro Vieyra ilə görüşəcək.
Sonuncu dəfə iki ölkənin xarici işlər nazirləri mart ayında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 toplantısı çərçivəsində görüşüblər.
***
16.04.2023 / 17:26
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 17-21-də Latın Amerikası regionuna səfər edəcək.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, Braziliya, Venesuela, Nikaraqua və Kubaya səfər edəcək.
"Bu dövlətlərin ali rəhbərliyi ilə görüşlər və xarici işlər nazirləri ilə danışıqlar planlaşdırılır", - deyə məlumatda qeyd olunub.